Reqs

Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq əlaqələri davam etdirilir.

XII Bakı Beynəlxalq Kitab Sərgisi və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə BXA-nın müəllim-xoreoqrafı Vüsalə Babayevanın quruluşunda Akademiyanın tələbələri Venesuelanın milli rəqsi olan “El Tamunangue”ni ifa ediblər.

Tələbələrin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran uğurlu çıxış münasibətilə müəllim və tələbələri təbrik edib, onlara sertifikat təqdim edərək təşəkkürünü bildirib.

Comments are disabled