Fifa

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Tədbir çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin və orta ixtisas təhsili pilləsinin tələbələri, eləcə də tam orta təhsil pilləsinin şagirdləri rəqs nömrələri ilə çıxış edərək mərasimə rəngarənglik qatıblar.

Rəqslərin quruluşçu xoreoqrafı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Leyli Mişina olub.

Comments are disabled