V

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BXA-nın müəllim və şagird heyəti iştirak edib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlərə 27 Sentyabr – Anım Gününün tarixi, 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət barədə məlumat verilib.

Tədbir çərçivəsində şagirdlərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda “Antiterror: 23 saat” sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycan Ordusunun Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirləri, həmçinin əməliyyat iştirakçılarının göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olunur.

Comments are disabled