N

Bakı Xoreoqrafiya Akademiyası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 20–26 iyun 2026-cı il tarixlərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasında səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub.

Təşəkkürnamə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadəyə təqdim edilib.

Comments are disabled