Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub.
Səfiri Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi qarşılayıb.
Görüş zamanı qonağa akademiyanın fəaliyyəti, təhsil proqramları, xoreoqrafiya sənətinin inkişafı istiqamətində həyata keçirilən layihələr, eləcə də BXA-nın beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
Səfir göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Səfir həmçinin Venesuelada fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələri ilə Bakı Xoreoqrafiya Akademiyası arasında gələcək əməkdaşlıq imkanları və təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparıb.

