Dip

İyunun 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin “Xoreoqrafiya sənəti” ixtisası üzrə IV kurs tələbələrinin buraxılış diplom işlərinin nümayişi keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Buraxılış proqramı çərçivəsində tələbələr təhsil müddətində əldə etdikləri nəzəri bilik və praktik bacarıqları səhnədə nümayiş etdiriblər. Təqdim olunan müxtəlif janrlı xoreoqrafik kompozisiyalar tələbələrin yaradıcılıq potensialını, səhnə mədəniyyətini və peşəkar hazırlıq səviyyəsini əks etdirib.

Nümayiş olunan diplom işləri klassik və müasir xoreoqrafiya elementlərini özündə birləşdirərək gənc sənətçilərin fərdi yaradıcılıq yanaşmalarını ortaya qoyub.

Diplom işlərinə Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, Əməkdar artist, dosent Sənan Hüseynli, dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyev, Əməkdar artist Rimma İsgəndərova və Əməkdar artist Günel Allahyarova rəhbərlik ediblər.

Comments are disabled