Bakı Xoreoqrafiya Akademiyasında magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin diplom işlərinin müdafiəsi uğurla keçirilib.
Müdafiə prosesində magistrantlar təhsil müddətində apardıqları elmi-tədqiqat işlərini təqdim edərək mövzularını əsaslandırıb, komissiya üzvlərinin suallarını cavablandırıblar.
Diplom işləri elmi yeniliyi, aktuallığı, nəzəri və praktik əhəmiyyəti baxımından qiymətləndirilib.

