Kol1

İyulun 10-da Kolumbiyanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova da iştirak edib.

Rəsmi qəbul çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələri müəllim-xoreoqraf Vüsalə Babayevanın rəhbərliyi ilə hazırladıqları rəqs nömrəsi ilə çıxış ediblər.

Gənc rəqqasların təqdim etdiyi xoreoqrafik kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Comments are disabled