Dd99

20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə gül dəstələri qoyulub.

Akademiyanın müəllimləri tərəfindən edilən çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın tarixində tutduğu mühüm yer vurğulanmış, bu günün gənc nəsildə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq ruhunun formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilmişdir.

Bakı Xoreoqrafiya Akademiyasının kollektivi şəhidlərimizin əziz xatirəsini daim uca tutur və onların qəhrəmanlığının gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayır.

Comments are disabled