Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsi məzunlarının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş buraxılış-hesabat konserti keçirilib.

Konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında P.Çaykovskinin “Yevgeniy Onegin” operasından Polonez əsəri, A.Qlazunovun “Raymonda” baletindən Divertisment parçası, Xalq musiqisi “Bayram süitası”, C.Cahangirovun “Lirik rəqs” əsəri, F.Şopenin “Prelüd variasiyası”, Acar rəqsi «Qandaqan”, Xalq musiqisi “Qafqaz rəqsi”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən A dajio, Xalq musiqisi “Qaval ilə rəqsi» və digər

müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.

Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadədir.