Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA)  müəllimi, Xalq artisti Yusif Qasımovun 75 illik yubileyi keçirilib.

Yubiley  tədbirində BXA-nın rəhbərliyi, müəllim-tələbə-şagird heyəti, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə BXA-nın eləcə də, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının,  Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının,  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, “Cəngi” Estrada Folklor Ansamblının  ifasında  “Azərbaycan suitası”,  P.İ.Çaykovski “Şelkunçik”,  Eldar  Mansurovun “Odlar yurdu”,  “Acar rəqsi”,  “Özbək rəqsi”, Tofiq Quliyevin “Qaytağı”,  xalq musiqisi “Laçın”, “Bayram suitası”, “Zəfər rəqsi”, xalq rəqsi “Vağzalı Mirzəyi”, Qara Qarayevin “Yeddi gözəl”,  Tacik xalq rəqsi “Masti Bahor”, “Yallı” və digər rəqs kompozisiyaları nümayiş edilib.  

Rəqs nömrəli ilə paralel olaraq, həm yerli, həm də xarici mədəniyyət və incəsənət xadimləri Xalq artistini yubileyi münasibətilə təbrik edib, onunla bağlı xatirələrini bölüşüblər.

Konsert proqramı böyük maraqla qarşılanıb.