Ukraynalı balet artisti, xoreoqraf, Tatarıstanın Xalq artisti Georgi Koftun Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub.
Öncə Koftunla BXA rəhbərliyi arasında dostluq çərçivəsində görüş keçirilib.
Görüşdə ukraynalı balet artistinə akademiyanın fəaliyyəti, tədris prosesi, keçirilən ustad dərsləri, beynəlxalq əlaqələri barədə məlumat verilib.
Daha sonra qonaq sinif otaqları və dərs zalları ilə tanış olub, BXA-nın tələbə və müəllimləri ilə görüşüb. Koftun Azərbaycanın balet əsərlərinə olan sevgisindən, klassik baletin incə məqamlarından həvəslə bəhs edib.
Sonda o, akademiyanın tələbə-müəllim heyətinə uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin bəstələdiyi “Don Kixot” simfonik qravürü 2000-ci ildə ukraynalı baletmeyster Georgi Koftun tərəfindən səhnələşdirilib.