Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin baş direktoru Jumaqulova Alina və məsləhətçisi Yanovskaya Olqa Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.
Qonaqları BXA-nın rəhbər heyəti qarşılayıb və dəyirmi masa ətrafında səmimi görüş keçirilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qonaqlara BXA-nın təhsil strukturu haqqında, akademiyada yüksək səviyyəli təlim-tədris bazasının yaradıldığı barədə ətraflı məlumat verilib. Həmçinin akademiya və Qazaxıstanın akkreditasiya qurumu arasında gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib. Eləcə də, beynəlxalq akkreditasiyanın prinsip və istiqamətləri mövzusunda qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar Bakı Xoreoqrafiya Akademiyasının məşq zalları, dərs prosesi və ümumi olaraq akademiyanın infrastrukturu ilə yaxından tanış olublar.
Sonda qonaqlara rəhbərlik tərəfindən simvolik hədiyyələr təqdim edilib.