Qazaxıstanın Əməkdar incəsənət xadimi, Qazaxıstan Prezidenti Fondunun laureatı, TÜRKSOY təşkilatının quruluşçu rejissoru və Mədəniyyət şöbəsinin müdiri Arman Nurmahammatulı Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.
Qonağı BXA-nın rəhbərliyi qarşılayıb, BXA-nın fəaliyyəti, akademiyada yaradılan şərait və tədris mühiti, beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
Qonaq da öz növbəsində səmimi qarşılanmaya görə akademiya rəhbərliyinə təşəkkür edərək, Qazaxıstan ali təhsil müəssisələri və BXA arasında əlaqələrin gücləndirilməsi, birgə konfranslar və layihələrin genişləndirilməsinə dair təkliflərini vurğulayıb.
Sonra isə gələcəkdə həyata keçirilə biləcək birgə tədbirlər barədə də fikir mübadiləsi aparılıb.