Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Fidan Süleymanzadənin fortepianoda solo konserti keçirilib.

Konsertdə BXA-nın idarə və tələbə-müəllim heyəti iştirak edib.

Konsert müddətində Azərbaycan və dünya şöhrətli bəstəkarların: Fikrət Əmirov, Lüdviq van Bethoven, Frederik Şopen, Aleksandr Skryabin və digərlərinin əsərləri səsləndirilib.

Qeyd edək ki, Fidan Süleymanzadə ilə yanaşı onun müəllimi Nigar Ağayeva da fortepianoda dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.

Konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb