M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-informasiya mərkəzinə zəngin musiqi mədəniyyətimizi özündə əks etdirən müxtəlif kitablar hədiyyə olunub.

Sözügedən ədəbiyyata Azərbaycan bəstəkarlarının bir sıra əsər və pyeslərinin toplandığı yeni not, eləcə də klavir nəşrləri daxildir.

Akademiyanın nəzdində T.Quliyevin “Qaytağı”, Ü.Hacıbəylinin “Koroğlu”,  F.Əmirovun “Min bir gecə”, E.Sabitoğlunun “Əlvida”, S.Ələsgərovun “Bayatı-Şiraz”, C.Hacıyev, A.Məlikov, Ə.Şeyxzamanov, Ə.Abbasov və s. kimi bəstəkarların həm fortepiano, fleyta həm də xor və simfonik orkestr üçün seçilmiş musiqi əsərlərinin yer aldığı yeni ədəbiyyat fondunun sərgisi də  təşkil olunub.