Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İncəsənət fakültəsinin Musiqi sənəti kafedrasının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib.

Konsert proqramında BXA-nın kafedra müdirləri, müəllim-tələbə heyəti iştirak edib.

Bayrama həsr olunmuş konsert proqramında Musiqi sənəti kafedrasının tələbələrinin ifasında instrumental musiqi alətlərində – tar, kamança, nağara, qarmon və fortepianoda 9 nömrədən ibarət Azərbaycan musiqi çələngindən incilər ifa edilib.

Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.