Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin Sənətşünaslıq kafedrasında Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Dəyirmi masada BXA-nın kafedra müdirləri və müəllim heyəti iştirak edib.
Tədbirdə akademiyanın kafedra müdirləri və müəllimləri tərəfindən Azərbaycan teatrının yaranma tarixi, M. F. Axundzadənin “Sərgüzəşti- vəziri-xani Lənkəran” komediya əsəri əsasında ilk teatr tamaşasının ərsəyə gəlməsi, milli aktyor və rejissor kadrların fəaliyyəti, milli teatrın inkişafına xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində ilk teatr binası tikdirməsi haqqında geniş və ətraflı məlumat verilib.
Qeyd edilib ki, Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley çərçivəsində respublika hüdudlarında və kənarda silsilə tədbirlər qeyd edilir.