Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin və Uşaq birliyinin rəhbəri Xatirə Tahirovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artisti Nailə Məmmədzadə, Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Elmira Pənahova, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, dosent Yeganə Tapdıqova, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, BXA-nın elmi katib Həbibə Məmmədova və akademiyanın professor, müəllim-tələbə heyəti iştirak edib.

Tədbir Azərbaycanın dövlət himni ilə açıq elan edildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xatirə Tahirova tədbir iştirakçılarını salamlayaraq, 20 Yanvar faciəsi haqqında məlumat verib, həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb.

Sonra ədəbi və bədii hissədən ibarət olan tədbir proqramı tam orta təhsil pilləsinin şagirdlərinin ifasında davam etdiririlib. Onların təqdimatında “Qərənfilin göz yaşları”, “Ruhlar danışır”, “Ana torpaq və qərənfilin söhbəti” mövzularında şeir və rəqs kompozisiyaları nümayiş etdirilib.

Qeyd edək ki, rəqs və şeir kompozisiyalarının hazırlanmasında tam orta təhsil pilləsinin müəllimləri İlahə Hüseynzadə, Səbiyyə Balakişiyeva, Quliyeva Çinarənin böyük xidmətləri olub.