Bu münasibətlə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gediblər.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Azərbaycanın ilk qadın balerinası  Qəmər Almaszadənin məzarı ziyarət edilib. Balet ustasının qəbri üzərinə çiçək dəstələri qoyulub, xatirəsi anılıb.

Eyni zamanda, Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından olan,  Azərbaycan SSR Xalq Artisti, professor Leyla Vəkilova və Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti

Əminə Dilbazinin məzarları ziyarət olunub.