Oktyabrın 28 və 29-u tarixlərində Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçirilib. Rəqs çempionatında 30-dan çox ölkədən nümayəndə iştirak edib.
Tədbirin ilk günündə bal rəqsləri ilə yanaşı, sosial rəqslərdə nümayış olunub, onların sırasında Salsa, Baçata və Argentina tanqosu üzrə açıq çempionat baş tutub.
Sosial rəqslər üzrə təşkilatçı və kurator Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, dosent, Əməkdar artist Sənan Hüseynli olub.
Sözügedən tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi, tanqo ifaçısı və müəllimi Lenay Seidəli-zadə və tərəf müqabili argentinalı rəqqas, xoreoqraf Hernan Oxako da uğurla çıxış edərək, Vise-çempion adını qazanıb, II yerə layiq görülüblər.
Qeyd edək ki, sözügedən tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqının prezidenti Xalq artisti, BXA-nın xarici əlaqələr üzrə prorektoru
Təranə Muradova, AzDC ictimai təşkilatı və “Smooth Rhythm Dance Style” kommersiya təşkilatın rəhbəri Olqa Krasnovskayadır.