Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda dahi bəstəkar Ü. Hacıbəylinin 140 illiyi çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin “Bakının ulduzları” instrumental ansamblının konsert proqramı keçirilib.
Konsertdə BXA-nın müəllim və tələbə heyəti, görkəmli bəstəkar Canahgir Cahangirovun ailə üzvləri, Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Musiqili tədbir ərzində akademiyanın tələbələrinin ifasında Ü. Hacıbəylinin tələbəsi, bəstəkar Cahangir Cahangirovun əsərləri səsləndirilib. İnstrumental ifa ilə yanaşı, BXA-nın Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Əhsən Əhmədov da mahnı nömrəsi ilə çıxış edib.
Konsert böyük maraqla qarşılanıb.
Tədbirin layihə rəhbəri Əməkdar incəsənət xadimi, professor Rasimə Babayeva, bədii rəhbəri isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir.