Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsili pilləsinin III kurs tələbələri Çiçək Abbaszadə və Mir Aydın Abdullayev müəllim-xoreoqraf Yelena Çernousovanın müşayiəti ilə Qazaxıstannın Mədəniyyət və İdman Nazirliyi, Təhsil Nazirliyi, UNESCO və İSESCO üzrə Qazaxıstanın Milli Komissiyası və s. dəstəyi, Qazaxstan UNESCO Klublarının Milli Federasiyasının təşkilatçılığı ilə Pavlodar və Astana şəhərlərində keçirilən “Sənət Planeti – 2023” (“The Planet of ART 2023”) adlı beynəlxalq festivalda iştirak ediblər.

Festival ərzində Qazaxıstanın aparıcı incəsənət xadimləri tərəfindən ustad dərsləri, sülh və tolerantlıq mədəniyyəti mövzularında seminarlar keçirilib.

Sözügedən festivalın finalı (Pavlodar şəhərində), Qala-konserti isə (Astana şəhərində) keçirilib. Qala konsertdə UNESCO-nun baş direktoru O.Azule də iştirak edib.

Qeyd edək ki, Ç.Abbaszadə, M.Abdullayev festivalın “xoreoqrafiya sənəti” kateqoriyası üzrə I mərhəlsindən müvəffəqiyyətlə keçərək laureat adı qazanmış və festivanın final, eləcə də qala konsertlərində iştirak etmək üçün dəvət alıblar.

İştirakçılarımız festival təşkilatçıları tərəfindən Sertifikat, Bakı Xoreoqrafiya Akademiyası tərəfindən isə Təşəkkürnamə ilə təltif olunublar.

Festivalda 7 ölkədən (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistan və Tacıkistan) 3 nominasiya üzrə: “vokal”, “instrumental ifa”, “xoreoqrafiya sənəti” 12-18 yaş uşaq və gənclər iştirak ediblər.