Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin məzunlarına bitirdikləri –  Xoreoqrafiya; Rəqs müəllimi; Xalq-çalğı alətləri; Musiqi müəllimi ixtisasları üzrə Diplomlar təqdim edilib.

Diplomların təqdimetmə mərasimində BXA-nın idarə heyəti, müəllim-tələbə kollektivi ilə yanaşı, Dövlət İmtahan Komissiyasının sədrləri: xoreoqrafiya sənəti üzrə Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, professor Şuxrat Toxtasimov və xalq çalğı alətləri üzrə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti, professor Ağaverdi Paşayev iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Sonra mərasimdə iştirak edən qonaqlar tələbə-müəllim heyətini təbrik edib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Daha sonra məzunlara Diplomlar təqdim edilib və xatirə şəkilləri çəkilib. 

Qeyd edək ki, tədbir zamanı Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Xalq artisti Yusif Qasımova Özbəkistanın milli geyimini də hədiyyə edib.