Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədəbi-bədii hissədən ibarət tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş şeir nümunələri, səhnəciklər və rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd olunub ki, Vətən müharibəsində Xocalı faciəsinin qurbanlarının da qisası alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi zamanı çıxışları, Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində qələbə sevinclərinin əks olunduğu videoçarx da nümayiş olunub.