Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi və müəllim-şagird heyəti iştirak edib.
Konsert çərçivəsində Ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş edilib. Kadrlarda Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi həyatında, eləcə də elmin müxtəlif sahələrində həyata keçirdiyi islahatlarla yanaşı yaddaşlara həkk olunmuş dəyərli kəlamları yer alıb.
Konsert proqramında tam orta təhsil pilləsinin şagirdlərinin ifasında 22 musiqi nömrəsindən ibarət kompozisiyalar təqdim edilib.
Dünyaşöhrətli Azərbaycan, rus və Avropa bəstəkarlarının yaradıcılığından seçmə əsərlər səsləndirilib.
Fortepianoda səsləndirilən D. Hollandın “Yağış”, L. Bethovenin “Alman rəqsi”, V. Adıgözəlovun “Marş”, A. Rzayevanın “Gəlincik”, R. Şumanın “Atlı”, “Qarabağ şikəstəsi”, F. Şubertin “Vals”, F. Əmirovun “Marş”, F. Şopenin “Mazurka”, zərb musiqi alətlərində ifa edilən “Azərbaycan ritmləri” ilə yanaşı digər musiqi əsərləri iştirakçılar tərəfindən alqışla qarşılanıb.