Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.
Konsert proqramında tam orta təhsil pilləsinin şagirdlərinin ifasında fortepianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən 26 nömrədən ibarət kompozisiyalar təqdim olunub.
Təqdim edilən musiqi əsərləri – F. Şubertin “Alman rəqsi”, F. Əmirovun “Rəqs”, D. Şostakoviçin “Polka”, T. Quliyevin “Vals”, Kabalevskinin “Vals”, Gillokun “Filamenko”, İ. Ştrausun “Polka Anna”, K. Rollsin “Bugi-Vugi”, Meyçikin “Vyana valsı” kimi fortepiano əsərləri, Azərbaycan xalq rəqsləri: “Brilyant” və “Turacı”, “Azərbaycan xalq ritmləri” və s. iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.