Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyi, müəllim-tələbə və şagird heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib.
Bayram şənliyində orta ixtisas təhsili və tam orta təhsil pillələrinin tələbə və şagirdlərinin ifasında “Yaylıqlarla rəqs”, “Şuşanın dağları”, “Ağ çiçəyim”, Şalı-şalı”, “Qarabağ”, “Cəngi” kimi rəqs kompozisiyaları nümayiş edilib.
Bayram proqramında Novruzun əsas personajları olan Kosa və Keçəlin səhnəcikləri də yer alıb. Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediya tamaşası səhnələşdirilib.
Bayram şənliyindən sonra BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin təqdimatında müxtəlif növ bayram şirniyyatlarından ibarət xeyriyyə yarmarkası təşkil olunub.