Bakı Xoreoqrafiya Akademiyasında Müstəqilliyin Bərpası Gününün 31 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyev, elmi katib Həbibə Məmmədova, kafedra müdirləri, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, Uşaq Birliyinin rəhbəri Xatirə Tahirova, BXA-nın aparıcı müəllimləri; Xalq artisti Yusif Qasımov, Əməkdar artistlər; Səbinə Qasımova, Elçin Allahverdov və akademiyanın müəllim-tələbə, şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.
Tədbirdə quruluşu Xalq artistləri; Cəmilə Bayramova və Yusif Qasımova, Əməkdar artistlər; Səbinə Qasımova və Elçin Allahverdova məxsus “Laçın”, “Yallı”, “Şuşanın dağları”, “Azərbaycan”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” və bir sıra rəqs kompozisiyaları nümayiş etdirilib.