Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Bilik Günü və yeni tədris ilinin başlanması ilə əlaqədar musiqili tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim, tələbə və şagird heyəti iştirak edib.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

Yeni tədris ilinin başlanması münasibətilə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova və orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev akademiyanın müəllim kollektivi və şagird heyətini təbrik edərək, onlara 2023-2024-cü tədris ilində uğurlar arzulayıb.

Tədbir çərçivəsində tam orta təhsil pilləsinin şagirdlərinin ifasında nümayiş etdirilən kiçik konsert proqramı böyük alqışla qarşılanıb.

Sonda birincilər üçün rəmzi olaraq, ilk dərs zəngi çalınaraq, Q. Qarayevin “Yeddi gözəl” baletinin musiqi sədaları altında ibtidai və yuxarı sinif şagirdləri öz sinif otaqlarına yola salınıb.