Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdləri üçün (BXA) «Balerina» cizgi filmi nümayiş olunub.
Cizgi filminin nümayişində BXA-nın rəhbərliyi, şagird və müəllimləri iştirak edib.
Cizgi filmi balerina olmaq arzusu ilə yaşayan balaca Felisin həyatından bəhs edir. Felis böyük səhnələrdə çıxış etmək arzusundadır və asudə vaxtlarında rəqs edib, əsl balerina kimi ayaqlarının ucunda gəzir. O, cəsurluğu, xeyirxah ürəyi və qalib gəlmək əzmi ilə ən böyük arzusunu reallaşdırır.
Məzmunu və ideyası ilə şagirdlərə motivasiya verən «Balerina» böyük maraqla izlənilib.
Qeyd edək ki, cizgi filminin nümayişi Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin və Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov tərəfindən təşkil edilib.