Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Ad libitum” adlı konsert proqramı keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim heytəi ilə yanaşı elm və incəsənət nümayəndələri də iştirak edib.
Konsert proqramında 12 musiqi nömrəsindən ibarət Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. BXA-nın müəllimləri fortepianoda R.Şedrinin “Ala Albenis”, F. Şübertin “Fantaziya”, S. Raxmaninovun “Musiqili an”, və “Elegiya”, E. Karianın “O sole mio”, N. Gimbelin “Svay”, F. Şopenin “”Ballada”, C. Singletonun “Strangers in the night”, Niyazinin “Arzu”, L. Bethovenin “Für Elise”, A. Piazollanın “Libertanqo” və G. Əliyevanın “Parsodiya” musiqi əsərlərindən nümunələr ifa ediblər. Konsert böyük maraqla qarşılanıb.
Qeyd edək ki, konsertin təşkilatçısı BXA-nın konsertmeyster-müəllimi Sevda Axundovadır.