Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə  31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə BXA-nın müəllim və şagird heyəti iştirak edib.
 Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələri barədə ətraflı məlumat verilib.
Vurğulanıb ki, 1918-ci il martın 31-də erməni vandallarının Bakıda dinc  əhaliyə qarşı başladığı dəhşətli terror bütün faktları ilə dünya birliyinə çatdırlıb:
«Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib».
Sonda 31 mart soyqırımına dair faktları özündə əks etdirən videoçarx nümayiş olunub.