Bakı Xoreoqrafiya Akademiyası Yeni Azərbaycan Partiyası Nəsimi rayon
təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib.

Konsertdə Mədəniyyət nazirliyinin, Elm və təhsil nazirliyinin əməkdaşları, Dövlət İmtahan Mərkəzinin, Azərbaycan ali təhsil müəssisələrinin, xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də, Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri, YAP-ın üzvləri, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın tələbə-müəllim heyəti iştirak edib.

Konsert başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Konsertdə BXA-nın tələblərinin ifasında M.Maqomayevin “Azərbaycan” (İfa edirlər: BXA-nın ali təhsil pilləsinin tələbələri, müəllim: Əməkdar artist Gülməmməd Şahverdiyev), E.İbrahimova “Sən yadıma düşəndə” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin III kurs tələbələri, müəllim: Əməkdar artist Səbinə Qasımova), İspan xalq rəqsi “Flamenko” (İfa edir BXA-nın ali təhsil pilləsinin tələbəsi Nigar Novruzova), B.Eiliş “Məhəbbət haqqında” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin II kurs tələbəsi Teymur Nurməmmədov və ali təhsil pilləsinin tələbəsi Nərgiz Abdullayeva, müəllim: Yelena Çernousova), Xalq rəqsi “Şələqoy” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin II-III kurs tələbələri, müəllim: Tuncay Hüseynov), Q.Qarayev “Leyli və Məcnun” baletindən parça (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin tələbələri Zəhra Vəliyeva, Rəşad Rəhimov, müəllim: Zaur Fətulla), Xalq mahnısı “Küçələrə su səpmişəm” (İfa edir: BXA-nın ali təhsil pilləsin tələbəsi Aliyə Salahova), C.Kisses “Əhval-ruhiyyə” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin II kurs tələbələri, müəllim: Yelena Çernousova), F. Şopen “Divertisment xoreoqrafiq etüd” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin şagirdləri Azurov David, Axmedilun Amal, müəllim: Əməkdar müəllim Pellumb Aqalıyay), S.Raxmaninov “Burevestnik” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin I kurs tələbəsi Liana Bernandina, müəllim: Əməkdar Mədəniyyət işçisi Lyudmila Qutlyanskaya), Xalq rəqsi “Qartal” (İfa edir: BXA-nın ali təhsil pilləsinin tələbəsi Mövsüm Xanbutov), Xalq rəqsi “Yüz biri rəqsi” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin III tələbələri, müəllim: Əməkdar artisti Səbinə Qasımova), A.Adan Jizel baletindən “Qalop” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin I kurs tələbələri, müəllim: Əməkdar Mədəniyyət işçisi Lyudmila Qutlyanskaya), Xalq mahnısı “Laçın” (İfa edirlər: BXA- nın orta ixtisas təhsil pilləsinin II kurs tələbələri, müəllim: Əməkdar artisti Səbinə Qasımova), Xalq rəqsi “İgidlər rəqsi” (İfa edirlər: BXA-nın III kurs tələbələri, müəllim: Xalq artisti Yusif Qasımov), L.Minkus “Don Kixot” baletindən Kitrinin variasiyası (İfa edir: BXA-nın ali təhsil pilləsinin tələbəsi Nərgiz Abdullayeva, müəllim: Əməkdar artist Rimma İskəndərova), F.Mendelson Marş “Polonez” (İfa edirlər: BXA-nın tam orta təhsil pilləsin VI-VII sinif şağirdləri, müəllim: Əməkdar müəllimi Aqalıyay Pellumb), C.Cahangirov “Ala göz” (İfa edir: BXA-nın magistr tələbəsi, Əməkdar artisti Viktoriya Şahmuradova), Q.Qarayev “Yeddi gözəl” baletindən parça (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin və ali təhsil pilləsinin tələbələri, müəllim: Zaur Fətulla və Lyudmila Qutlyanskaya), Ü.Hacıbəyli “Cəngi” (İfa edirlər: BXA-nın orta ixtisas təhsil pilləsinin II, III kurs tələbələri, müəllim: Xalq artisti Yusif Qasımov) və sonda T.Ağayeva “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” konsertin bütün iştirakçılarının ifasında nümayiş edilib.

Konsertin bədii rəhbəri BXA-nın Əməkdar artist Nailə Məmmədzadədir.

Qeyd edək ki, konsert tamaşaçılar tərəfindən böyük anşlaqla qarşılanıb.