Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, Elmi katib Həbibə Məmmədova Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıçın dəvəti ilə Yunus Əmrə İnstitutunda qonaq olub.
Görüş zamanı tərəflər arasında mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi, eləcə də yaradıcı birliklər daxil olmaqla ictimai təşkilatların xətti ilə əlaqələrin inkişafı müzakirə olunub.
Eyni zamanda, növbəti əməkdaşlıq görüşləri barədə də razılıq əldə olunub.