Dekabrın 27-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında Bakı Xoreoqrafiya Akademiyasının orta təhsil və orta ixtisas təhsili pillələrinin hazırladığı P.İ.Çaykovskinin “Şelkunçik” balet tamaşası nümayiş olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri və digər qonaqlar iştirak edib.
Təqdim olunan balet əsəri şagird və tələbə heyətinin maraqlı çıxışı, əsrarəngiz musiqi və zəngin dekorasiyalarla yadda qalıb.
Konsert proqramı böyük maraqla qarşılanıb.