Martın 7-də Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera studiyasında 8 Mart Beynəlxalq Qadınlar Günü və yubiley tədbirlərinə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertdə BXA-nın nümayəndə heyəti, Mədəniyyət Nazirliyinin əməkdaşları, incəsənət və media nümayəndələri iştirak ediblər.

Musiqili tədbirdə BXA-nın tələbələri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistlərinin ifasında
uşaq sosial mövzusuna həsr olunmuş «Göbəkbağı» birpərdəli musiqili tamaşa və Şopenin əsərlərindən ibarət bir pərdəli balet tamaşası təqdim olunub.

Sonda isə BXA-nın yubilyar müəllimlərinə akademiyanın əməkdaşları tərəfindən təbriklər ünvanlanıb.

Konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.