Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tam orta təhsil pilləsi 2022-2023-cü tədris ili üzrə ümumi orta təhsil pilləsinin tədris azərbaycan və rus dillərində aparılan I-V və VIII siniflərinə şagird qəbulu elan edir

QƏBUL ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

1.Tam orta təhsil pilləsinin rəhbərinin adına ərizə.
2.Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti.
3.Tibbi vərəqə (sağlamlıq haqqında arayış,kardioloq,oftalmoloq,nevropatoloq və pediatr rəyi)
4.Ümumtəhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin sürəti
5.Xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti
6.3×4 ölçülü foto şəkil (3 ədəd)
7.Yaşayış yerindən arayış
8.Valideynlərin iş yerindən arayış
9. Tədris Azərbaycan və rus dillərində aparılan I siniflər üçün AR Təhsil Nazirliyi tərəfindən keçirilən elektron qeydiyyat;(www.mektebeqebul.edu.az ərizənin sürəti)

Qeyd: Tədris rus dilində aparılan I sinif şagirdləri üçün mərkəzləşmiş qaydada (AR Təhsil Nazirliyi) təşkil olunan komissiyanın rəyi mütləqdir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR MÜVAFİQ QOVLUQDA TƏQDİM OLUNMALIDIR!

(Ünvan:Rəşid Behbudov küç.75 BXA 2-ci mərtəbə. Tel:597-51-89)