Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Respublikasının əməkdar müəllimi, Prezidentin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllim-xoreoqrafı Aqalıyay Pelumbun 80 illik yubileyi keçirilib.
Yubiley tədbirində BXA-nın rəhbərliyi, müəllim-tələbə-şagird heyəti, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əməkdar müəllim Aqalıyay Pelumbun quruluşunda, BXA-nın şagird və tələbələrinin ifasında P.İ.Çaykovskinin “Şelkunçik” baleti və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının ifasinda J.Bize, R.Şedrin “Karmen-suita“ baleti nümayiş edilib.
Konsert proqramı böyük maraqla qarşılanıb.
Konsertdən sonra isə BXA müəllimləri, mədəniyyət və incəsənət xadimləri əməkdar müəllim Aqalıyay Pelumbu yubileyi münasibətilə təbrik edib, onunla bağlı xatirələrini bölüşüblər.