Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə və şagirdləri Türkiyənin Aydın şəhərində keçirilən I Beynəlxalq Piano və Rəqs Festivalı Müsabiqəsində fəal iştirakına görə müvafiq nominasiyalar üzrə I yerə layiq görülüb.
Adnan Menderes Universiteti tərəfindən təşkil olunmuş festival müsabiqədə rəqs nominasiyası üzrə BXA-nın tam orta təhsil pilləsinin şagirdləri Məryəm Bağırova, fortepiano ixtisası və solo ifaçılıq nominasiyası üzrə isə Müzəffər Əliyev və bakalavr pilləsinin tələbəsi Çiçək Şıxəlizadə I yerə layiq görülüb.
Müsabiqədə yer qazanan tələbə və şagirdlərə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi tərəfindən Sertifikatları təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən BXA rəhbərliyi qaliblərə uğurlar diləyib.


