Da

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Daha sonra 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Son anda – 20 Yanvar” sənədli filmi nümayiş olunub.
Sənədli filmdə 20 Yanvar hadisəsindən möcüzə nəticəsində sağ çıxmış paytaxt sakini Nazim Ələkbərov tərəfindən həmin dəhşətli gecədə xalqımıza qarşı törədilmiş qanlı cinayətin təfərrüatları açıqlanır.

Comments are disabled