Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi, Xalq artisti Yusif Qasımov və akademiyanın orta ixtisas təhsili pilləsinin
bir qrup tələbəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən türkdilli xalqların məktəblilərinin iştirakı ilə keçirilən “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.
Elm və Təhsil Nazirliyinin təltif etdiyi Fərmanlar BXA-nın rəhbərliyi tərəfindən təqdim olunub.
Təqdimat zamanı akademiyanın rəhbərliyi müəllim və tələbələrə Bakı Xoreoqrafiya Akademiyasını uğurla təmsil etdiyinə görə təşəkkür edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.