Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin IX və XI sinif şagirdlərinə attestatları təqdim olunub.
Təqdimatda BXA-nın rəhbərliyi, müəllim-şagird və valideynlər iştirak ediblər.
Təqdimat zamanı çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova IX və XI sinif şagirdlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb:
«Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsi tərəfindən sizə təqdim olunan bu sənədlər yalnız bir mərhələnin sonu deyil, həmçinin yeni yolların başlanğıcıdır!».
Ardınca isə akademiyanın müəllimləri çıxış edib şagirdləri təbrik ediblər.
Sonda isə xatirə şəkli çəkilib.




