Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri İnternat tipli gimnaziyada valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 iyun Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramında akademiyanın rəhbər heyəti, müəllim və tələbələri, eləcə də gimnaziyanın nümayəndələri iştirak edib.
Konsert ərzində BXA-nın Xalq çalğı alətləri ixtisasının tələbələrinin müşayiəti altında müxtəlif musiqi nümunələri, Rəqs müəllimliyi ixtisasının tələbələri tərəfindən isə «Qaytağı», «Qızılgül», «Azərbaycan», «Rast» və s. rəqs kompozisiyaları ifa olunub.
Tədbirin sonunda isə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin müəllim və tələbələrinin uşaqlar üçün hazırladığı müxtəlif hədiyyələr təqdim olunub. İnternat tipli gimnaziyanın rəhbərliyi keçirilən tədbirlə bağlı akademiyanın rəhbərliyinə və tələbələrinə təşəkkürünü bildirib.
Konsert proqramı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin təşkilində BXA-nın müəllimləri: Aygül Qurbanova və Mehriban Haqverdiyevanın xüsusi rolu olub.