Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti, dosent Təranə Muradova, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, xoreoqraf-müəllim Mehriban Nəzərova və bir qrup tələbə: Məryəm Əliyeva, Fidan Axundzadə, Xəyal Pənahov, Səbinə Məmmədova, Tutu Tahirli, eləcə də Aza Nurullayeva TÜRKSOY tərəfindən 28 aprel-2 may 2025-ci il tarixləri arasında təşkil olunmuş “Uluslararası Türk Dünyası Devlet Bale Okulları Ankara Festivalı”nda və Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq festival-müsabiqədə uğurlu iştirakına görə təşkilatçı qurumlar tərəfindən Sertifikat və Təşəkkürnamələrlə təltif olunub.
Təltifetmə zamanı ölkə sərhədləri kənarında Azərbaycanı layiqincə təmsil edən BXA-nın müəllim-tələbə heyətinə təşəkkür edilib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyası TÜRKSOY tərəfindən “Uluslararası Türk Dünyası Devlet Bale Okulları Ankara Festivalı”nda fəal iştirakına görə Təşəkkürnamə məktubu ilə təltif olunub.