Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin müəllimi, Q. Qarayev adına respublika müsabiqələrinin I dərəcəli laureatı, Şimali Kipr və Fransada beynəlxalq piano müsabiqələrinin və festivallarının diplomantı Lalə Musayevanın solo konserti keçirilib.

Konsertdə BXA-nın rəhbərliyi və müəllim-tələbə heyəti iştirak edib. Musiqili tədbirdə Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsert II hissədən ibarət olub.

I hissədə dünya şöhrətli bəstəkarların yaradıcılığından musiqi kompozisiyaları, II hissədə isə xoreoqrafik miniatürlər nümayiş olunub.

Qeyd edək ki, konsertin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Lalə Hüseynlidir.