Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə BXA-nın müəllim və şagird heyəti iştirak edib.

Qeyd olunub ki, insan hüquqları amili hər zaman ümummilli liderimiz Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edib.

Bildirilirb ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər:

«Azərbaycanın İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi,  insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir».

Tədbirin sonunda şagirdləri İnsan hüquqları ilə bağlı maraqlandıran suallar cavablandırılıb.