Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin Musiqi sənəti kafedrasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramı keçirilib.
Konsert proqramında BXA-nın idarə heyəti və müəllim-tələbə kollektivi iştirak edib.
Tələbələrin musiqi alətləri — fortepiano, nağara, qarmon, tar, kamança və skripkanın müşayiəti altında ifa etdikləri “Vətən-Azərbaycan”, Ü. Hacıbəylinin “Arzu”, Niyazinin “Jaz”, Q. Qarayevin “Prelüd G”, A. İsrafilovun “Yeni Azərbaycan”, R. Hacıyevin “Rəqs”, T. Quliyevin “Qaytağı”, “Bakı nağılı”, “Poppuri” və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqili kompozisiyalar böyük maraqla qarşılanıb.
Sonda Musiqi sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əhsən Əhmədov muğam üstündə xalq mahnıları və Azərbaycan təranələrini ifa edib.
Qeyd edək ki, konsert proqramının təşkilatçısı və bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir.