ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   

Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş konsert keçirilib Dekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş konsert keçirilib. Bakı Xoreoqrafiya Akademiyası 2017-ci ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya QƏBUL ELAN EDİR Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017-cı ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Bakı Xoreoqrafiya Akademiyasında müəllif konserti keçirilib Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə bəstəkar-pianoçu, əməkdar mədəniyyət işçisi, dosent Eldar Dadaşovun müəllif konserti keçirilib. Bakı Xoreoqrafiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirilib Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “ Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda elmi konfrans keçirilib. Bakı Xoreoqrafiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi sessiya keçirilmişdir 7 dekabr 2017-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi sessiya keçirildi.












  TƏDRİS PROSESİ




Akademiyanın 1-4-cü siniflərə (klassik rəqs bölməsinə hazırlıq kurslarına) 6-10 yaşlı; klassika şöbəsinə – orta ümumtəhsil məktəbinin 4-cü sinfini bitirmiş 10-11 yaşlı; xalq şöbəsinə – orta ümumtəhsil məktəbinin 7-ci sinfini bitirmiş 13-14 yaşlı şagirdlər qəbul olunur.



Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti üzrə orta ixtisas (kollec) pilləsinə (I-III kurslara) ümumi orta təhsil pilləsini bitirmiş şagird və müxtəlif illərin məzunları qəbul olunur.



Akademiyaya ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsilli və orta ixtisas təhsilli şəxslərmüsabiqə yolu ilə qəbul olunurlar. Qəbul zamanı qiymətləndirmə imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.



Akademiyada magistratura səviyyəsinə bakalavr səviyyəsini bitirən şəxslər, ixtisasın sərbəst seçimi əsasında, TQDK tərəfindən həyata keçirilən imtahan nəticəsində qəbul olunurlar.



Magistr təhsili (və ya müvafiq beşillik təhsili) olan şəxslər Akademiyanın müvafiq struktur bölməsində elmi və elmi-pedaqoji hazırlıq keçirlər. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə elmi dərəcəni təsdiq edən dövlət nümunəli sənəd (diplom) verilir.



Akademiyada əlavə təhsil aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- ixtisasartırma;
- kadrların yenidən hazırlanması;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- təkrar ali təhsil və orta ixtisas təhsili;
- dərəcələrin yüksəldilməsi.
Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir.


  MEDİATEKA
    
© 2018, Bakı Xoreoqrafiya Akademiyası.
Bütün hüquqlar qorunur.

Saytın hazırlanması: Proqres IPX