Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin VII sinif şagirdləri “Yaşıl Dünya naminə Həmrəylik ili” ilə bağlı tədbirlər planı çərçivəsində COP29 məlumat mərkəzində olub.
Məlumat mərkəzi tərəfindən şagirdlərə qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP29-un əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ölkəmizdə keçiriləcək COP29-la bağlı maarifləndirici tədbirlər davam edir.